Bank Of Baku

Milli Məclisə baş prokurorun iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin götürülməsini nəzərdə tutan qanun layihəsi daxil olub

Milli Məclisə baş prokurorun iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin götürülməsini nəzərdə tutan qanun layihəsi daxil olub
# 03 iyun 2009 09:18 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib. Məlumata görə, yaxın günlərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Prokurorluq haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı sənəd müzakirəyə çıxarılacaq. Millət vəkillərindən birinin qanunvericilik təşəbbüsü ilə sözügedən komitəyə göndərdiyi layihədə “Prokurorluq haqqında” qanunun 16-cı maddəsinin 2-ci hissəsindən “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə təyin edilə bilməz” cümləsinin çıxarılması təklif olunur. Sənədə Milli Məclisin növbədənkənar sessiyası müddətində, yəni bu ay baxılması nəzərdə tutulub.

Qeyd edək ki, “Prokurorluq haqqında” qanunda Azərbaycanın baş prokurorunun, hərbi prokurorunun və Naxçıvan Muxtar Respublikası prokurorunun seçilməsi ilə bağlı məhdudiyyət var. Belə ki, bu vəzifələrə eyni şəxsin 5 il müddətinə, yalnız iki dəfə seçilməsi mümkündür.

Azərbaycanın hazırkı baş prokuroru Zakir Qaralov bu vəzifəyə 2000-ci il aprelin 25-də təsdiqlənib, onun səlahiyyət müddəti gələn il aprelin 25-də başa çatır.

Hərbi prokuror Xanlar Vəliyev bu vəzifəyə 2005-ci ilin fevralın 10-da təyin edilib.

Naxçıvan Muxtar Respublikasının prokuroru isə Şahverdiyev Səbuhi Zəhmət oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR