Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların liderlərinin toplantısı keçirilib

Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların liderlərinin toplantısı keçirilib
# 03 iyun 2009 14:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların rəhbərlərinin növbəti toplantısı keçirilib. Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq müzakirə edilib. Müxalifət liderləri Azərbaycanda bir şəxsin bir dəfədən çox ombudsman seçilməsinə qoyulan məhdudiyyətin götürülməsini bu institutun mahiyyətinin dəyişdirilməsi, demokratikləşmənin qarşısının alınması kimi qiymətləndiriblər. Hərəkat üzvləri bildiriblər ki, bu fakt ölkədə insan hüquq və azadlıqlarının qorunmasında ciddi problemlər yaradacaq.

İclasda həmçinin Azərbaycan Silahlı Qüvvələrində baş verən son hadisələr müzakirə edilib, dinc dövrdə orduda insan itkisinin sayının artması pislənilib.

Toplantıda bəzi məscidlərin bağlanması və sökülməsi də müzakirə edilərək bu fakt Konstitusiyada əksini tapmış vicdan azadlığı prinsipinin məhdudlaşdırılması kimi qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR