Bank Of Baku

Azərbaycan prezidenti Nəriman Nərimanov prospektindəki parkın və Nərimanovun abidəsinin vəziyyəti ilə tanış olub

Azərbaycan prezidenti Nəriman Nərimanov prospektindəki parkın və Nərimanovun abidəsinin vəziyyəti ilə tanış olub
# 03 iyun 2009 15:19 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 3-də Bakının Nəriman Nərimanov prospektindəki parkın, Nərimanovun abidəsinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısına məlumat verilib ki, bərpa və yenidənqurma işləri nəticəsində park müasir standartlara uyğunlaşdırılıb. Parkın beton örtüyü və köhnə üzlük plitələr yeniləri ilə əvəz olunub, yaşıllıq zolaqları təzədən salınıb, müasir oturacaqlar quraşdırılıb, yeni ağaclar və gül kolları əkilib.

Nəriman Nərimanovun abidəsinin postamentinə yeni qranit üzlük çəkilib, abidə tam bərpa olunub. Heykəlin arxa tərəfində fəvvarə inşa edilib. Parkın yaxınlığındakı binalarda da təmir və yenidənqurma işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR