Bank Of Baku

Əli Həsənov: “Eynulla Fətullayevin həbsinə də, onun kiminsə tərəfindən mükafatlandırılmasına da normal baxıram”

Əli Həsənov: “Eynulla Fətullayevin həbsinə də, onun kiminsə tərəfindən mükafatlandırılmasına da normal baxıram”
# 04 iyun 2009 07:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Bir insana bir cəmiyyətdə cəza, digər cəmiyyətdə mükafat verilməsi qeyri-normal hal deyil. Deməli, bu insan daha çox mükafat aldığı insanlara xidmət göstərir”. APA-nın xəbərinə görə, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov həbsdə olan jurnalist Eynulla Fətullayevin “Amnesty İnternational” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülməsinə münasibət bildirərkən deyib. Ə. Həsənov bildirib ki, E. Fətullayev yaşadığı, fəaliyyət göstərdiyi cəmiyyətin ziyanına işləyib: “Dəflərlə olub ki, Azərbaycan dövlətinin əleyhinə xüsusi cinayətlər törətmiş, dövləti parçalamağa yönəlmiş fəaliyyət göstərən insanlar Avropanın qəhrəmanına çevrilib. Bu gün də onun üçün Avropanın mərkəzi şəhərlərində hər cür şərait yaradılıb. Mən Əlikram Hümbətovu nəzərdə tuturam. Eynulla Fətullayev Azərbaycan məhkəməsinin qərarı ilə həbs edilib. Məhkəmə qərarına şübhə etməyə heç birimizin əsasımız yoxdur. Məhkəmə onu Azərbaycan cəmiyyətində təhlükəli cinayətə görə həbsə alıb. Buna görə də cəzasını çəkir. Biz arzu eləmirik ki, jurnalistlər həbsə alınsın və uzun müddət həbdə qalsın. Cənab prezident də bildirmişdi ki, Azərbaycan cəmiyyətində proseslər elə getməlidir ki, jurnalistlər həbsə alınmasın, əksinə onlar üçün hər cür şərait yaradılsın. Ona görə də Eynulla Fətullayevin həbsinə də, onun kiminsə tərəfindən mükafatlandırılmasına da normal baxıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR