Bank Of Baku

Prezident Administrasiyasının şöbə müdiri: “İranın Azərbaycanın hansısa dövlətlə münasibətlərinə irad bildirməyə ixtiyarı yoxdur”

Prezident Administrasiyasının şöbə müdiri: “İranın Azərbaycanın hansısa dövlətlə münasibətlərinə irad bildirməyə ixtiyarı yoxdur”
# 04 iyun 2009 08:54 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İran hakimiyyət nümayəndələrinin Azərbaycanla bağlı verdikləri son bəyanatlara münasibət bildirərkən deyib. “Biz heç bir ölkənin, o cümlədən qonşu dövlətlərin daxili işlərinə və xarici siyasətinə qarışmırıq. O cümlədən də arzu etmirik ki, hansısa dövlət Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə eləsin”.

Ə. Həsənov əlavə edib ki, Azərbaycan heç bir dövlətə onun hansısa addımlarına müdaxilə etməsinə, bununla bağlı fikir söyləməsinə imkan verməyəcək: “Biz dəfələrlə bəyan eləmişik ki, İranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanla strateji dostluq münasibətləri var. Biz İrana bəyanat vermirik, sadəcə, öz fikrimizi bildiririk. İranın da Azərbaycanın xarici siyasəti, hansısa xarici dövlətlə münasibətləri ilə bağlı irad bildirməyə ixtiyarı yoxdur. Biz İranla münasibətləri belə qururuq. Bizim məqsədimiz budur ki, Azərbaycan ərazisindən İran əleyhinə, İranın ərazisindən Azərbaycan əleyhinə, Azərbaycan siyasətindən İrana, İranın siyasətindən Azərbaycana ziyan gəlməsin. Qonşuluq münasibəti bu deməkdir. Yoxsa bir dövlətin səninlə münasibəti pisdirsə, mən də onunla pis olmalıyam - biz bu çərçivəni qəbul etmirik”.

Ə. Həsənov İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfərinin İranın hakim dairələri tərəfindən müsəlman aləminə hörmətsizlik kimi qiymətləndirilməsinin yanlış olduğunu bildirib: “Biz belə dəyərləndirmirik. İsrail müstəqil dövlətdir, bu dövlətin yaxşısına yaxşı, pisinə də pis deyirik. Dəfələrlə İsrailin Fələstin və müsəlmanlar yaşayan digər bölgələrdə həyata keçirdiyi aksiyaları pisləmişik. Amma bu o demək deyil ki, biz bu dövlətlə heç bir əlaqə qurmamalıyıq. Əgər bu belədirsə, onda biz də sual veririk. Ermənistan dövlətinin Azərbaycana qarşı yürütdüyü siyasət soyqırım siyasətidir. Soyqırım siyasəti yürüdən dövlətlə belə qucaqlaşmaq olarmı?”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR