Bank Of Baku

Zəminə Dünyamalıyeva: “ACP bələdiyyə seçkilərinə hazır deyil”

Zəminə Dünyamalıyeva: “ACP bələdiyyə seçkilərinə hazır deyil”
# 04 iyun 2009 11:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Bələdiyyə seçkilərində iştirakla bağlı qərar vermək üçün partiya heç olmasa 25 faiz bu seçkiyə hazır olmalıdır. Belə bir hazırlıq olmadan tələskən qərar vermək yalnız görüntü yaratmağa xidmət edir”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyası (ACP) liderinin müşaviri Zəminə Dünyamalıyeva deyib. O, ACP-nin seçkilərə hazır olmadığını söyləyib. Z. Dünyamalıyeva bildirib ki, seçkidə iştirak qərarı İdarə Heyətinin 11 üzvündən 5-i tərəfindən qəbul edilib, o özü isə bu toplantıya qatılmayıb: “Elə bir yerdə toplantı keçirmək istədilər ki, mən ora getmək istəmədim. Bəyəm çayxanada iclas keçirilir? Deyirlər ki, partiya var, fəaliyyət göstərir. Onda özlərinə normal bir yer alsınlar”.

Z. Dünyamalıyeva sədr A. Şahbazovun uzun müddətdən sonra partiya rəhbərliyinə qayıtdığını, lakin bir iclas keçirdikdən sonra yenidən yoxa çıxdığını qeyd edib: “Bacarmırsa, vəzifəsindən istefa verməli və gedib bacardığı işlə məşğul olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR