Bank Of Baku

Azay Quliyev ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb

Azay Quliyev ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb
# 04 iyun 2009 12:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorellə görüşüb. APA-nın məlumatına görə, A. Quliyev Azərbaycanın ictimai sektoru, ölkənin QHT palitrası, şuranın yaranması, fəaliyyəti, həyata keçirdiyi tədbirlər və büdcəsi ilə bağlı səfirin suallarını ətraflı cavablandırıb. O, payızda Bakıda keçiriləcək və vətəndaş cəmiyyətinin inkişafı məsələlərinə həsr olunacaq konfrans haqqında da danışıb. Ə. B. Cankorel isə ATƏT-in Bakı ofisinin bu tədbirə dəstək vermək istədiyini deyib. O, digər sahələrdə də şura ilə əməkdaşlığa xüsusi diqqət yetirəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR