Bank Of Baku

Əli Hüseynov: “Milli Məclisə baş prokurorun iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin götürülməsini nəzərdə tutan layihə daxil olub”

Əli Hüseynov: “Milli Məclisə baş prokurorun iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin götürülməsini nəzərdə tutan layihə daxil olub”
# 04 iyun 2009 12:52 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirib. Parlamentin hazırkı iş qrafikinin çox gərgin olduğunu bildirən komitə sədri “Əgər çatdırsaq, növbədənkənar sessiyanın sonuna kimi məsləyə baxılacaq. Çatdırmasaq, bu məsələ sonraya qalacaq”,- deyib.

Bu layihədə hansısa şəxsin səlahiyyət müddətinin uzadılmasından söhbət getmədiyini qeyd edən Ə. Hüseynov bildirib ki, təklifdə formal məhdudiyyətin aradan qaldırılmasından bəhs edilir: “Layihədə irəli sürülən təklif əsaslandırılmayıb. Sadəcə, mən də hesab edirəm ki, belə bir məhdudiyyətə həqiqətən də ehtiyac yoxdur. Çünki burada demokratik seçim prosesi pozulmur. Yenə də ölkə başçısı tərəfindən namizəd təqdim olunur, parlament isə onu təsdiqləyir. Burada söhbət ömürlük prokuror modelindən getmir. Prokuror yenə də 5 il müddətinə seçilir”.

Qeyd edək ki, layihədə “Prokurorluq haqqında” qanunun 16-cı maddəsinin 2-ci hissəsindən “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə təyin edilə bilməz” cümləsinin çıxarılması təklif olunur.

Xatırladaq ki, “Prokurorluq haqqında” qanunda Azərbaycanın baş prokurorunun, hərbi prokurorunun və Naxçıvan Muxtar Respublikası prokurorunun seçilməsi ilə bağlı məhdudiyyət var. Belə ki, bu vəzifələrə eyni şəxsin 5 il müddətinə, yalnız iki dəfə seçilməsi mümkündür.

Azərbaycanın hazırkı baş prokuroru Zakir Qaralov bu vəzifəyə 2000-ci il aprelin 25-də təsdiqlənib, onun səlahiyyət müddəti gələn il aprelin 25-də başa çatır.

Hərbi prokuror Xanlar Vəliyev bu vəzifəyə 2005-ci ilin fevralın 10-da təyin edilib.

Naxçıvan Muxtar Respublikasının prokuroru isə Şahverdiyev Səbuhi Zəhmət oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR