Bank Of Baku

İyunun 9-da Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək

İyunun 9-da Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək
# 04 iyun 2009 14:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. İyunun 9-da Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək. Milli Məclisdən APA-ya daxil olan məlumata görə, gündəliyə 6 məsələ daxil edilib. Millət vəkilləri “Könüllülük fəaliyyəti haqqında” qanun layihəsinə üçüncü oxunuşda, “Bank olmayan kredit təşkilatları haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihələrinə birinci oxunuşda münasibət bildirəcəklər. İclasda həmçinin “Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərinin və Babək rayonun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi, “Mühasibat uçotu haqqında” qanunun və “Mühasibat uçotu haqqında” qanunun qüvvəyə minməsi barədə Milli Məclisin 1995-ci il 24 mart tarixli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə məsələ, o cümlədən “Bələdiyyələrin statusu haqqında” qanuna əlavə edilməsi müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR