Bank Of Baku

Yeni Azərbaycan Partiyasının Qarabağ bölgəsi üzrə rayon təşkilatlarının müşavirəsi keçirilib

Yeni Azərbaycan Partiyasının Qarabağ bölgəsi üzrə rayon təşkilatlarının müşavirəsi keçirilib
# 04 iyun 2009 15:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə şəhərində bu gün Qarabağ bölgəsi üzrə rayon təşkilatlarının müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşavirədə 8 rayon təşkilatından nümayəndələr iştirak edib. Müşavirə iştirakçıları əvvəlcə partiyanın yaradıcısı Heydər Əliyevin abidəsini ziyarət ediblər. YAP Bərdə rayon təşkilatının sədri Emin Calalov müşavirədə çıxış edərək bu toplantının qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı olduğunu bildirib. Müşavirədə YAP rayon təşkilatlarının rəhbərləri, YAP İcra Katibinin müavini Mübariz Qurbanlı müşavirədə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR