Bank Of Baku

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasına sədr seçilib

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasına sədr seçilib
# 05 iyun 2009 12:22 (UTC +04:00)
Sonra icmanın təşkilati məsələləri müzakirə edilib. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Nizamnaməsinə əlavə və dəyişiklik edilib, qurumun 22 nəfərdən ibarət İdarə Heyəti, 5 nəfərlik Nəzarət Təftiş Komissiyası formalaşdırılıb. Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov icmanın İdarə Heyətinin sədri seçilib. B. Səfərov çıxışında qurultay nümayəndələrinin etimadını doğrultmağa çalışacağına söz verib.

Qurultayda Azərbaycan prezidentinə, beynəlxalq təşkilatlara, dünya parlamentlərinə, Dünya ictimaiyyətinə və hökumət başçılarına müraciətlər qəbul edilib.

Qurultaydan sonra icmanın yeni yaradılmış İdarə Heyətinin ilk iclası keçirilib. İclasda qurumun Əlaqələndirmə Şurası yaradılıb və Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Mehdi Abdullayev şuranın sədri seçilib. B. Səfərov bildirib ki, yaxın zamanlarda icmanın analitik informasiya, beynəlxalq əlaqələr, maliyyə və digər bölmələrinin də yaradılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR