Bank Of Baku

YAP-ın Şirvan bölgəsi üzrə rayon təşkilatlarının müşavirəsi keçirilib

YAP-ın Şirvan bölgəsi üzrə rayon təşkilatlarının müşavirəsi keçirilib
# 08 iyun 2009 09:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Göyçayda Yeni Azərbaycan Partiyasının (YAP) Şirvan bölgəsi üzrə rayon təşkilatlarının müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, 9 rayon təşkilatından nümayəndələrin iştirak etdiyi müşavirədə YAP Göyçay rayon təşkilatının sədri Ramiz İbrahimov çıxış edib. O, müşavirənin keçirilməsində əsas məqsədin bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq olduğunu qeyd edib. Toplantıda Göyçay rayon icra hakimiyyətinin başçısı, YAP Göyçay rayon təşkilatı idarə heyətinin üzvü Mənsur Məmmədov, Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov, həmçinin millət vəkilləri Çingiz Əsədullayev, Elton Məmmədov, Jalə Əliyeva çıxış ediblər. YAP icra katibinin müavini Mübariz Qurbanlı müşavirə iştirakçılarına seçkilərə hazırlıq istiqamətləri ilə bağlı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR