Bank Of Baku

Rəsul Quliyevin ACP rəhbərliyinin dəyişməsi ilə bağlı təklifi partiyada müzakirə olunacaq

Rəsul Quliyevin ACP rəhbərliyinin dəyişməsi ilə bağlı təklifi partiyada müzakirə olunacaq
# 08 iyun 2009 10:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Yaxın vaxtlarda Açıq Cəmiyyət Partiyasının geniş toplantısı keçiriləcək və rəhbərliyin dəyişməsi ilə bağlı partiya lideri Rəsul Quliyevin təklifi müzakirə olunacaq”. Bunu APA-ya açıqlamasında ACP Ali Məclisinin sədri Vaqif Mahmudov deyib. Onu sözlərinə görə, R. Quliyev müsahibəsində birbaşa partiya sədri yox, ümumilikdə rəhbərliyin dəyişdirilməsi ilə bağlı fikir bildirib: “Hansı qərarın olacağı barədə indidən heç nə demək olmaz. Toplantıda hər kəs öz fikrini bildirəcək. Partiyanın lideri də ümumi fikir bildirib və detalları açıqlamayıb. Bu fikirlər də partiyada müzakirələrin aparılmasına əsas yaradıb. Partiya təkcə bir və ya üç nəfərdən ibarət deyil”. V. Mahmudov fəaliyyətsizliyə görə ACP-ni ayrılıqda ittiham etməyin yersiz olduğunu və bütün müxalifət partiyalarının passiv olduğunu qeyd edib: “Bu gün ACP də daxil olmaqla heç bir partiya proseslərə təsir etmək imkanına malik deyil. Akif Şahbazov isə bu günə qədər normal göstərib. Bir sıra məsələlər isə ondan asılı deyil. Əgər siyasi təşkilatın rəhbərindən kimlərsə narazıdırsa, arqumentlərini ortaya qoymalıdırlar. O arqumentlərlə biz razılaşa da bilərik, razılaşmaya da...”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR