Bank Of Baku

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasına qalıb

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasına qalıb
# 08 iyun 2009 14:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi Milli Məclisin payız sessiyasına qalıb. Bu barədə APA-ya qanun layihəsini hazırlan işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı məlumat verib. Millət vəkili qanun layihəsinin Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edildiyini, lakin indiyə kimi sənəddə mövcud olan bir sıra ziddiyyətli məqamlar aradan qaldırılmadığı üçün müzakirəsinin baş tutmadığını deyib. Onun sözlərinə görə, sənəddə mövcud ziddiyyətli məqamlar aradan qaldırıldıqdan sonra, parlamentin payız sessiyasının qanunvericilik işlər planına daxil ediləcək.

Qeyd edək ki, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi ötən il parlamentdə birinci oxunuşda müzakirə olunarkən “donorluq” və “surroqat ana” anlayışları ciddi mübahisələrə səbəb olduğu üçün sənəd geri qaytarılıb. Sənəd üzərində yenidən işlənildikdə isə hər iki ifadə layihədən çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR