Bank Of Baku

Rumıniyanın strateji məsələlər üzrə dövlət katibi Azərbaycana gəlib

Rumıniyanın strateji məsələlər üzrə dövlət katibi Azərbaycana gəlib
# 08 iyun 2009 15:49 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bu gün Rumıniyanın strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku Azərbaycana işgüzar səfərə gəlib. APA-nın məlumatına görə, B. Aureskunun görüşləri sabaha nəzərdə tutulur. Dövlət katibinin səfər proqramına Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, xarici işlər nazirinin müavini Araz Əzimov və Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla görüşlər daxildir. Görüşlərdə, əsasən, Azərbaycan-Rumıniya münasibətləri müzakirə olunacaq.

B. Auresku Bakıda keçiriləcək “NATO həftəsi” çərçivəsində bir sıra tədbirlərə də qatılacaq. O, iyunun 9-da NATO-nun Bakıdakı beynəlxalq məktəbində və iyunun 10-da Şimali Atlantika Tərəfdaşlıq Şurasının Bakıda keçirəcəyi “Enerji təhlükəsizliyi: problemlər və imkanlar” mövzusunda seminarında da çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR