Bank Of Baku

“Dağlıq Qarabağ probleminin həllində ATƏT-in yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib

“Dağlıq Qarabağ probleminin həllində ATƏT-in yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib
# 09 iyun 2009 10:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) “Dağlıq Qarabağ probleminin həllində ATƏT-in yeri və rolu” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə siyasi partiyaların nümayəndələri, politoloqlar, səfirliklərin təmsilçiləri iştirak edib. DADP sədri Məmməd Əlizadə Dağlıq Qarabağ probleminin tarixindən, bu məsələyə beynəlxalq aləmin müdaxiləsindən danışıb. Azərbaycanın sülhün tərəfdarı olduğunu bildirən M. Əlizadə, işğal altındakı torpaqların azad edilməsinin, ərazi bütövlüyünün bərpasının ölkə üçün bir saylı vəzifə olduğunu vurğulayıb: “Problemin dinc yolla həll olunması ATƏT-in Minsk Qrupuna həvalə edilib. Amma bu müddətdə həmin qrupun üzvü olan dövlətlər tərəfindən heç bir əməli tədbir görülməyib və Dağlıq Qarabağla bərabər ətraf rayonlar da 20 ilə yaxındır işğal altındadır”.

Respublikaçılar Partiyasının sədri Kamil Seyidov, DADP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşad Əliyev və digər şəxslər də çıxış edərək mövzuya dair fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR