Bank Of Baku

Milli Məclis bir sıra qanun layihələrini qəbul edib

Milli Məclis bir sıra qanun layihələrini qəbul edib
# 09 iyun 2009 11:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin (MM) iclasında ”Bələdiyyələrin statusu haqqında” qanuna əlavələr edilməsi ilə bağlı layihə qəbul edilib. APA-nın xəbərinə görə, layihə barədə MM-in Regioanal Komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. A. Rəhimzadə deyib ki, qanuna təklif olunan əlavələr Azərbaycanda bələdiyyələrin dövlət reyestrinin aparılması barədədir. Əlavələrə əsasən ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestrinin birgə MM tərəfindən aparılması vahid uçot sisteminin formalaşmasına imkan verəcək. Yeni yaradılan bələdiyyələrin dövlət reyestri ölkədə mövcud olan bələdiyyələrin sayı, tarixi və əhatə etdiyi əraziləri dəqiq göstərəcək. Sənəd müzakirələrdən sonra qəbul olunub.
İclasda həmçinin “Könüllü fəaliyyəti haqqında” layihə üçüncü oxunuşda qəbul edilib. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi də qəbul olunub. Deputatlar həmçinin birinci oxunuşda “Bank olmayan kredit təşkilatları haqqında” qanuna da müsbət münasibət bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR