Bank Of Baku

Sərdar Cəlaloğlu: “Qarabağ və Respublika Uğrunda Hərəkat bələdiyyə seçkilərinə vahid namizədlər siyahısı ilə qatılmağı düşünür”

Sərdar Cəlaloğlu: “Qarabağ və Respublika Uğrunda Hərəkat bələdiyyə seçkilərinə vahid namizədlər siyahısı ilə qatılmağı düşünür”
# 09 iyun 2009 11:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalar bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində seçki bloku çərçivəsində vahid namizədlər siyahısı ilə qatılmaq fikrindədir”. Bunu APA-ya açıqlamasında hərəkatda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, seçkilərdə iştirak forması ilə bağlı müxtəlif təkliflər olsa da, hələlik hərəkatdakı partiyalar ən optimal variant kimi seçki blokunun yaradılmasını hesab edirlər: “Seçki blokunun yaradılması ilə bağlı ümumi fikir var, amma seçkilərə hələ xeyli müddət qaldığından bu barədə qərar qəbul etməyə tələsmirik. Seçki blokunun yaradılması və blokun namizədlərinin irəli sürülməsində müəyyən çətin proseduralar var. Amma biz bu proseduraların asanlaşdırılması üçün parlamentə müraciət etmişik və düşünürük ki, seçkilərə kimi bunlar aradan qaldırılacaq”.

S. Cəlaloğlu yaranacaq seçki blokuna daxil olan partiyaların seçkilərdə namizəd sürməsi üçün hər hansı kvotanın müəyyənləşməyəcəyini də qeyd edib: “Sadəcə çalışacağıq ki, bütün namizədlər partiyalar arasında razılaşdırılsın və ən şanslı şəxslərin namizədliyini irəli sürək”. Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkata Demokrat, Müsavat, Vətəndaş və İnkişaf, Xalq Cəbhəsi, Liberal və Ümid partiyaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR