Bank Of Baku

“Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi ikinci oxunuş üçün MM-in iclasına tövsiyə olunub

“Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi ikinci oxunuş üçün MM-in iclasına tövsiyə olunub
# 09 iyun 2009 12:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin (MM) Sosial Siyasət Komitəsinin bugünkü iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. APA-nın xəbərinə görə, layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verib. H. Rəcəbli deyib ki, birinci oxunuş zamanı deputatlar tərəfindən irəli sürülən təkliflər nəzərə alınıb, sənədin əksər maddələrinə əlavə və dəyişiklik olunub.
Qeyd edilib ki, layihə ilə bağlı altı nazirlik tərəfindən MM-ə müsbət rəylər daxil olub. Müzakirələrdən sonra sənəd parlamentin iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR