Bank Of Baku

DUİ özünü müxalifət sayan bütün partiyalara əməkdaşlıq təklifi irəli sürəcək

DUİ özünü müxalifət sayan bütün partiyalara əməkdaşlıq təklifi irəli sürəcək
# 09 iyun 2009 14:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaq (DUİ) bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı özünü müxalifət sayan bütün partiyalara əməkdaşlıq təklifi irəli sürəcək. Bu barədə APA-ya DUİ Sədrlər Şurasının üzvü, millət vəkili Pənah Hüseyn məlumat verib. Onun sözlərinə görə, prinsip etibarilə bələdiyyə seçkilərində namizədlərin vahid siyahısının müəyyənləşdirilməsi aktual deyil: “Amma çox yaxşı olardı ki, müxalifət qüvvələri fəaliyyətlərini əlaqələndirsinlər. Düşünürəm ki, DUİ və digər partiyalar bunun əleyhinə deyil. Bu baxımdan təklif baş tuta bilər”.

P. Hüseyn bildirib ki, yaxın vaxtlarda DUİ-nin təşkilatçılığı ilə müxalifətin forumu keçiriləcək və müxalifət partiyalarının bələdiyyə seçkilərində əməkdaşlığı müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR