Bank Of Baku

Azərbaycan prezidenti əlavə təcili tibbi yardım avtomobillərinin alınmasına 3 milyon manat ayırıb

Azərbaycan prezidenti əlavə təcili tibbi yardım avtomobillərinin alınmasına 3 milyon manat ayırıb
# 09 iyun 2009 16:35 (UTC +04:00)
Bakı - APA. Prezident İlham Əliyev təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Dövlət başçısının mətbuat xidmətindən APA-ya bildirilib ki, sərəncama əsasən, 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinin təcili və təxirəsalınmaz tibb xidməti üçün əlavə təcili tibbi yardım avtomobillərinin alınmasına 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR