Bank Of Baku

Milli Məclisin üzvləri QDİƏT Baş Assambleyasının 33-cü plenar iclasında iştirak edəcəklər

Milli Məclisin üzvləri QDİƏT Baş Assambleyasının 33-cü plenar iclasında iştirak edəcəklər
# 10 iyun 2009 09:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatları Asəf Hacıyev, Mübariz Qurbanlı və Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının (QDİƏT) 33-cü plenar sessiyasında iştirak etmək üçün bu gün Rumıniyanın paytaxtı Buxarestə yola düşüblər. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan parlamentinin deputatı Asəf Hacıyev “QDİƏT PM üzv dövlətlərində maliyyə və iqtisadi böhranın yumşaldılmasına yönəldilmiş strategiya və siyasət” mövzusunda ümumi diskussiyada, deputat Mübariz Qurbanlı isə “QDİƏT PM üzv ölkələrində miqrasiyanın hüquqi aspektləri” mövzusunda məruzə ətrafında müzakirələrdə çıxış edəcək. QDİƏT PM Baş Assambleyasının plenar sessiyasında Qara dəniz bölgəsində dəniz nəqliyyatının inkişafı, bölgə ölkələri arasındakı miqrasiyanın mədəni aspektləri, QDİƏT PM üzv dövlətlərində uşaqların qazanc məqsədilə istismardan qorunması vacibliyi kimi məsələlər də müzakirə olunacaq. Səfər iyunun 14-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR