Bank Of Baku

Politoloqların Diskussiya Klubunun “Fokusda İran-Azərbaycan münasibətləridir” mövzusunda üçüncü toplantısı keçirilib

Politoloqların Diskussiya Klubunun “Fokusda İran-Azərbaycan münasibətləridir” mövzusunda üçüncü toplantısı keçirilib
# 10 iyun 2009 11:40 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakıda Politoloqların Diskussiya Klubunun “Fokusda İran-Azərbaycan münasibətləridir” mövzusunda üçüncü toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda Qərb Universitetinin professoru Fikrət Sadıxov, Sosial Araşdırmalar Fondunun direktoru Rəşad Rzaquliyev və politoloq Zərdüşt Əlizadə iştirak ediblər. Toplantıda İranda keçirilən prezident seçkiləri, İsrail prezidentinin Bakıya gözlənilən səfəri müzakirə obyekti olub. Bundan başqa politoloqlar Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünü də dəyərləndiriblər.
Prezidentlərin son görüşünü şərh edən Fikrət Sadıxov bildirib ki, dövlət başçılarının hər görüşündə irəliləyişlər gözlənilir, lakin Sankt-Peterburq görüşü də bu ümidləri puça çıxarıb: “Düşünürəm ki, gələcəkdə də hər hansı nəticə gözləməyə dəyməz”. Rəşad Rzaquliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı sazişin hazırlanmadığı barədə Fikrət Sadıxovun fikri ilə razı olduğunu deyib: “Məhz Rusiya və ABŞ birlikdə Dağlıq Qarabağ münaqişəsini həll edə bilərlər, lakin bu dövlətlər münaqişənin həllinə can atmır, əksinə bir-birilərini bu regiondan sıxışdırıb çıxarmaqla məşğuldurlar”.
Politoloq Zərdüşt Əlizadə isə prezidentlərin görüşündə ciddi proseslərin getdiyini, ilin sonuna kimi hər hansı saziş imzalanması ehtimalı olduğunu deyib. Politoloqlar bu rəyə gəliblər ki, İranda kimin prezident seçilməsindən asılı olmayaraq İranda mövcud rejimin mahiyyəti dəyişməyəcək. Şimon Peresin Azərbaycana səfəri dəyərləndirən Fikrət Sadıxov bildirib ki, bu səfər Azərbaycan-İsrail münasibətlərinin daha da inkişafına səbəb olacaq. O, həmçinin İsrail prezidentinin səfəri zamanı Azərbaycanın bu ölkədə səfirliyinin, yaxud konsulluğunun açılması barədə saziş imzalanması ehtimalının da böyük olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR