Bank Of Baku

YAP Qadınlar Şurası Milli Qurtuluş Günü münasibətilə konfrans keçirib

YAP Qadınlar Şurası Milli Qurtuluş Günü münasibətilə konfrans keçirib
# 11 iyun 2009 10:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bu gün partiyanın Xətai rayon təşkilatının qərargahında konfrans keçirib. APA-nın məlumatına görə, konfransda YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva “Heydər Əliyev epoxası” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanın milli dövlətçilik tarixində görkəmli şəxsiyyətlərin sayının çox olduğunu deyən N. Əliyeva onların içərisində H. Əliyev qədər xalqa bağlı, bütün ömrünü xalqa həsr etmiş ikinci şəxsin olmadığını qeyd edib: “Heydər Əliyev demokratik prinsiplərə əsaslanan dövlət quran liderdir. Bu gün Heydər Əliyevin ideyaları İlham Əliyev tərəfindən davam etdirilir”. N. Əliyeva H. Əliyevin hakimiyyətə gəlməsi, müstəqil Azərbaycana rəhbərliyi, həyata keçirdiyi siyasətlə bağlı geniş çıxış edib.

Tədbirdə millət vəkili Elmira Axundova jurnalist fəaliyyəti dövründə H. Əliyevlə bağlı xatirələrini danışıb, onun həmişə jurnalistlərə xüsusi diqqətlə yanaşdığını qeyd edib. Gülər Əhmədova isə H. Əliyevin Azərbaycan dili siyasəti barədə fikirlərini bildirib.

Konfransda YAP-ın rəhbərliyində təmsil oluna digər qadınlar da çıxış ediblər. Konfransın sonunda H. Əliyevlə bağlı videosüjet nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR