Bank Of Baku

Zəminə Dünyamalıyeva: “ACP-nin fəaliyyətinə xitam verilməlidir”

Zəminə Dünyamalıyeva: “ACP-nin fəaliyyətinə xitam verilməlidir”
# 11 iyun 2009 12:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyası (ACP) liderinin müşaviri Zəminə Dünyamalıyeva partiyanın fəaliyyətinin dayandırılması təklifi ilə çıxış edib. Z. Dünyamalıyeva APA-ya açıqlamasında bildirib ki, partiyanın rəhbərliyində hər hansı dəyişiklik onun inkişafına səbəb olmayacaq: “Partiya kökündən dəyişməlidir, bir nəfərin dəyişməsi ilə heç bir problem həll edilməyəcək. Məsələ brasındadır ki, bu partiya artıq beşiyində boğulub. Akif Şahbazov partiyanın sədri olanda artıq partiya məhv oldu”. Z. Dünyamalıyeva bildirib ki, partiyanın Nizamnaməsində də göstərilib ki, əgər təşkilat normal fəaliyyət göstərə bilməsə, o zaman onun fəaliyyətinə xitam verilməlidir.

Z. Dünyamalıyeva hesab edir ki, partiya liderinin məsələyə münasibətindən sonra mütləq Ali Məclisin toplantısı keçirilməli və məsələyə aydınlıq gətirilməlidir: “Rəsul Quliyev bildirib ki, dəyişikliklər mütləq olmalıdır. Amma bu partiyanın rəhbərliyinin dəyişməsi, yoxsa fəaliyyətinə xitam verilməsi ilə bağlı olacaq, bu, hələ bilinmir. Bunların hamısı müzakirələrin nəticəsində qərara alınacaq. Məni qıcıqlandıran odur ki, bələdiyyə seçkilərində iştirak etməklə bağlı İdarə Heyətinin 5 üzvü yığışıb ağılsızcasına verdiyi qərar hamını məsuliyyət altında qoyur. Bu partiyanın dövlət qeydiyyatı yox, qərargahı yox, fəaliyyət göstərmir, maliyyəsi yox, rəhbərlikdə olanların hər hansını tapmaq müşkülə dönüb, amma 5 nəfər yığışıb deyir ki, seçkiyə qatılmaq qərarı verdik. Yəni belə məsuliyyətsiz adamlarla hara qədər getmək olar? Kimlərinsə ağılsızcasına verdiyi qərarın məsuliyyətini mən niyə daşımalıyam? Hesab edirəm ki, ACP-nin partiya kimi fəaliyyət göstərmək imkanı yoxdursa, fəaliyyətinə xitam verilməlidir. Əgər hər hansı bir toplantı olsa, o zaman ACP-nin fəaliyyətinə son verilməsini təklif edəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR