Bank Of Baku

MSK sədri Məzahir Pənahov Latviyada səfərdə olub

MSK sədri Məzahir Pənahov Latviyada səfərdə olub
# 12 iyun 2009 10:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Latviyaya səfərdən qayıdıb. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Latviya Mərkəzi Seçki Komissiyasının sədri Arnis Simdarsın dəvəti ilə reallaşan səfər zamanı M. Pənahov bu ölkədə Avropa Parlamenti və yerli özünüidarəetmə orqanlarına keçirilən seçkiləri müşahidə edib. İkitərəfli görüş zamanı A. Simdars seçkilərə hazırlıq, görülmüş işlər və seçkiqabağı vəziyyətlə bağlı M. Pənahova məlumat verib, qurumlar arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR