Bank Of Baku

AVCİYA Seçki Məcəlləsinə dəyişiklik edilməsini istəyir

AVCİYA Seçki Məcəlləsinə dəyişiklik edilməsini istəyir
# 12 iyun 2009 10:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə dəyişiklərlə bağlı təkliflər paketi hazırlayıb. APA məlumatına görə, AVCİYA AŞ PA-nın 2008-ci il yay sessiyasında qəbul olunmuş “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamədə irəli sürülən “Şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi” tövsiyəsinə uyğun olaraq Seçki Məcəlləsinin 24 maddəsinə dəyişiklik təklifləri irəli sürüb. AVCİYA-nın seçki departamentin sədri Məhərrəm Zülfüqarlı bildirib ki, təkliflər vətəndaşların seçki hüquqlarının pozulmasına görə şikayətlər və məsuliyyətlə bağlı maddələrə aiddir. O, vətəndaşın seçki hüququnun pozulmasına görə şikayətlərin verilmə müddətinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını (hazırda şikayət yalnız 3 gün ərzində verilə bilər), şikayətlərin araşdırılması üçün müstəqil ekspert qrupunun yaradılmasını istədiklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR