Bank Of Baku

«Rabitə dünyası» qəzetinin xüsusi buraxılışı nəşr olunub

«Rabitə dünyası» qəzetinin xüsusi buraxılışı nəşr olunub
# 12 iyun 2009 13:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rabitə və İnformasiya Nazirliyi (RİTN) 15 iyun – Milli Qurtuluş Günü münasibətilə «Rabitə dünyası» qəzetinin xüsusi buraxılışını nəşr edib.

RİTN-dən «APA-Economics»ə verilən məlumata görə, 24 səhifəlik, rəngli formatda və yüksək keyfiyyətli kağızda çap olunmuş nəşrdə Milli Qurtuluş Gününə həsr olunmuş məqalələr və şəkillər yerləşdirilib. Qəzetdə Qurtuluş Gününün mahiyyəti, dövrün ictimai-siyasi hadisələri, Heydər Əliyevin 1993-2003-cü illər ərzində fəaliyyəti, onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr, ölkənin dinamik inkişafına rəvac verən genişmiqyaslı işlər barədə geniş məlumatlar verilib.

Qeyd edək ki, «Rabitə dünyası» qəzetinin xüsusi buraxılışı Azərbaycan, ingilis və rus dillərində nəşr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR