Bank Of Baku

Səməd Seyidov AŞ PA-nın keçmiş sədri Piter Şideri qəbul edib

Səməd Seyidov AŞ PA-nın keçmiş sədri Piter Şideri qəbul edib
# 12 iyun 2009 15:03 (UTC +04:00)
Bakı – APA. Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri, AŞ PA-nın vitse-prezidenti, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov AŞ PA-nın keçmiş sədri, hazırda Beynəlxalq Sülh İnstitutunun prezidenti olan Piter Şideri qəbul edib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə regionun Avropaya inteqrasiyası, Avstriya-Azərbaycan münasibətləri, hər iki ölkənin təhsil sistemləri, eyni zamanda universitetlər arasındakı əlaqələr və digər мəsələlərlə bağlı müzakirələr aparılıb. S. Seyidov Azərbaycan Dillər Universitetinin nəzdindəki Avstriya Mərkəzinin fəaliyyətindən söz açaraq bildirib ki, ADU Avstriya universitetləri ilə geniş əlaqələrə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR