Bank Of Baku

YAP Sabunçu rayon təşkilatının yeni binasının açılışı olub

YAP Sabunçu rayon təşkilatının yeni binasının açılışı olub
# 12 iyun 2009 15:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının yeni binasının açılışı olub. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, mərasimdə Milli Məclisin deputatları, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Partiyanın Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva yeni qərargahın rayon təşkilatının üzvləri üçün böyük töhfə olduğunu qeyd edib. Mərasimdə YAP sədrinin müavini Əli Əhmədov da çıxış edib.

Çıxışlardan sonra rəmzi qırmızı lent kəsilib, qərargahın foyesində Heydər Əliyevin büstünün açılışı olub. Sonra qərargahın akt zalında Milli Qurtuluş Gününə həsr olunmuş toplantı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR