Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel MSK sədri Məzahir Pənahovla görüşüb

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel MSK sədri Məzahir Pənahovla görüşüb
# 12 iyun 2009 15:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla bu gün görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə səfir MSK ilə ATƏT-in əməkdaşlığı barədə danışıb, bu əlaqələrin Azərbaycanda demokratik təsisatların daha da inkişaf etdirilməsində əhəmiyyətli olduğunu vurğulayıb. M. Pənahov isə tərəflər arasında bundan sonra da əlaqələrin yüksək səviyyədə davam etdiriləcəyindən əmin olduğunu qeyd edib. O, Azərbaycanda beynəlxalq qurumların tövsiyəsi ilə hazırlanmış təkmil seçki qanunvericiliyinin mövcud olduğunu bildirib və ölkənin seçki sistemi barədə ətraflı məlumat verib. Görüşdə gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR