Bank Of Baku

Əli Həsənov: ““Qeyri-hökumət təşkilatları haqqında” qanuna ediləcək dəyişikliklər beynəlxalq standartlara uyğundur”

Əli Həsənov: ““Qeyri-hökumət təşkilatları haqqında” qanuna ediləcək dəyişikliklər beynəlxalq standartlara uyğundur”
# 13 iyun 2009 09:39 (UTC +04:00)
Əgər əvvəllər Azərbaycanda xarici QHT-lər istədikləri şəkildə fəaliyyət göstərə bilirdilərsə, bundan sonra qanunda nəzərdə tutulan ölkələrarası müqaviləyə əsasən fəaliyyət göstərə biləcəklər ki, bu da normaldır. Təklif olunan dəyişikliklər müasir dünya standartlarına cavab verir”. APA-nın məlumatına görə, bu sözləri “Qeyri-hökumət təşkilatları haqqında” qanuna təklif olunan dəyişikliklərlə bağlı sualı cavablandıran Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov sözügedən qanuna təklif olunan dəyişikliklərlə bağlı yaranan narahatlığı anlamadığını bildirib: “Açığı deyim ki, bununla bağlı QHT-lərin narahatlığını anlaya bilmirəm. Bundan başqa, mövcud QHT-lər üçün bu qanuna ediləcək dəyişikliklər heç bir problem yaratmır. Yəni mövcud QHT-lər qeydiyyatdan keçib, mövcud qanunvericiliyə uyğun olaraq, fəaliyyətlərini davam etdirir. Dəyişikliklərdə dövlətlərarası münasibətlərin gücləndirilməsi də əskini tapır. Ona görə də narahatlığa əsas yoxdur. Kimin konkret narazılığı və narahatlığı varsa, bununla bağlı söhbət apara bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR