Bank Of Baku

Şöbə müdiri: “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərdə yalnız dini fəaliyyətin müəyyən çərçivəyə salınması və nizamlanması nəzərdə tutulur”

Şöbə müdiri: “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərdə yalnız dini fəaliyyətin müəyyən çərçivəyə salınması və nizamlanması nəzərdə tutulur”
# 13 iyun 2009 09:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azərbaycanda dövlət dinə müdaxilə etmir. Lakin Azərbaycan vətəndaşlarının ümumi həyatına daxil olan dəyər kimi dini fəaliyyətin tənzimlənməsinə ehtiyac var”. Bu sözləri “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən əlavə və dəyişiklərə münasibət bildirən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri bütün dövlətlərdə dini təşkilatların fəaliyyətinin tənzimləndiyini bildirib: “Dünyanın elə bir dövləti yoxdur ki, dini təşkilatların fəaliyyəti tənzimlənməsin. Amma insanların öz dini etiqad azadlığını ifadə etməsi, mərasimlərdə iştirakı tam sərbəstdir. Qanuna dəyişikliklərin də buna heç bir aidiyyəti yoxdur. Dəyişikliklərdə yalnız dini fəaliyyətin müəyyən çərçivəyə salınması, nizamlanması və müəyyən qayda-qanun çərçivəsində aparılması nəzərdə tutulur ki, bunda da qeyri-adi heç nə yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR