Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Xalq Cəbhəsinin bərpası lazımdırsa, o zaman əlavə müzakirələr açmadan real addımlar atılmalıdır”

Mirmahmud Mirəlioğlu: “Xalq Cəbhəsinin bərpası lazımdırsa, o zaman əlavə müzakirələr açmadan real addımlar atılmalıdır”
# 20 iyun 2009 08:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Son 9 ildə Xalq Cəbhəsinin bərpası ilə bağlı dəfələrlə təkliflər olub, hətta təşəbbüs qrupları yaradılıb. Amma bunların real nəticəsi olmayıb. İstənilən halda isə, mən Xalq Cəbhəsinin bərpası ilə bağlı bütün təklifləri alqışlayıram”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. Onun sözlərinə görə, müxalifətin vahid milli güc mərkəzi yaratmaq uğrunda mübarizə aparan bir şəxs kimi Müsavat Partiyasının başqanı tərəfindən səslənən təklifi normal hesab edir: “Amma bu hansısa bir tədbirdə xüsusi olaraq seçilmək və tarixdə qalmaq üçün deyilmiş bir fikirdirsə, bu, tamam başqa məsələdir”. M. Mirəlioğlu bildirib ki, əgər bu təklifi reallaşdırmaq lazımdırsa, o zaman əlavə müzakirələr açmadan real addımlar atılmalıdır: “Amma bu təklif QHT-lərin tədbirində səslənib. Bundan o tərəfə getməyib. Ola bilsin ki, təşəbbüsün ardınca gedilərsə və o istiqamətdə doğrudan doğruya iş görülərsə, nəyəsə nail olmaq mümkündür. Amma indiki halda bununla bağlı hələ heç bir real addım görmürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR