Bank Of Baku

Qəbələdə Yeni Azərbaycan Partiyasının zona müşavirəsi keçirilib

Qəbələdə Yeni Azərbaycan Partiyasının zona müşavirəsi keçirilib
# 20 iyun 2009 21:39 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, dekabr ayında ölkədə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı təşkil olunan toplantıda YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov, millət vəkilləri Fəttah Heydərov, Eyvaz Qurbanov iştirak edib. Tədbirdə YAP-ın Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon təşkilatlarının sədrləri çıxış edərək, bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlərdən ətraflı danışıblar.

Yığıncaqda qarşıda duran vəzifələrdən danışan millət vəkilləri qeyd ediblər ki, bu il keçiriləcək bələdiyyə seçkilərində bir sıra yeniliklər və təkmilləşmələr olacaq. Tədbirdə bələdiyyələrin fəaliyyəti ilə bağlı konkret məqamlar üzərində dayanılıb, seçkilərdə bələdiyyə üzvlüyünə təhsilli, təcrübəli və daha səriştəli olan namizədlərin irəli sürülməsi təklif olunub. Bildirilib ki, bələdiyyələrin üzərinə böyük məsuliyyət düşür.

Partiyanın şəhər və rayon təşkilatlarına qarşıdan gələn bələdiyyə seçkilərinə məsuliyyətlə yanaşmağı, əvvəlki seçkilərdə əldə olunan təcrübədən istifadə etməyi tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR