Bank Of Baku

Mübariz Qurbanlı: “Azərbaycanda müxalifət liderləri də, müxalifətçilik düşüncəsi də böhran içindədir”

Mübariz Qurbanlı: “Azərbaycanda müxalifət liderləri də, müxalifətçilik düşüncəsi də böhran içindədir”
# 22 iyun 2009 13:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müxalifət Xalq Cəbhəsini bərpa etsə də, etməsə də, bu düşərgənin sosial bazası seçicilərin ümumi sayının 5 faizini keçməyəcək”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib. O bildirib ki, müxalifətin hansı ad altında birləşməsinin heç bir əhəmiyyəti yoxdur: “Əgər cəmiyyətdə onların tərəfdarları yoxdursa, təşkilatın adını nə qoyurlarsa qoysunlar, nəticəsiz olacaq. İstəyir adı Xalq Cəbhəsi, istəyir Klassik Xalq Cəbhəsi, istəyir Bütöv Azərbaycan Xalq Cəbhəsi, istəyir Müsavat olsun, nə adlandırırlarsa adlandırsınlar, faizi artıra bilməyəcəklər. Mən düşünürəm ki, müxalifəti bu düşdüyü böhrandan heç nə çıxara bilməz. Çünki müxalifət liderlərinin özləri də, müxalifətçilik düşüncəsi də böhran içindədir. Bunun da səbəbi hakimiyyətin siyasətinin əhali tərəfindən müdafiə olunmasıdır”. M. Qurbanlı müxalifətin bu vaxta qədər dəfələrlə müxtəlif adlar altında birləşdiyini, lakin bunun heç bir nəticə vermədiyini xatırladıb: “Bu dəfə də eyni addımları təkrarlayacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR