Bank Of Baku

Milli Məclis “Qeyri-hökumət təşkilatları haqqında” qanuna əlavə və dəyişikliklərin müzakirəsinin dayandırılması barədə məlumatı təkzib edir

Milli Məclis “Qeyri-hökumət təşkilatları haqqında” qanuna əlavə və dəyişikliklərin müzakirəsinin dayandırılması barədə məlumatı təkzib edir
# 23 iyun 2009 12:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin müzakirəsində olan “Qeyri-hökumət təşkilatları haqqında” qanuna əlavə və dəyişikliklər gündəlikdən çıxarılmayıb. Bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, iyunun 19-da parlamentin növbədənkənar sessiyasında müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələnin müzakirəsinin dayandırılması haqda məlumatlar həqiqətəuyğun deyil. Onun sözlərinə görə, sözügedən layihənin müzakirəsi parlamentin iyunun 30-da keçiriləcək iclasında davam etdiriləcək.

Qeyd edək ki, bu gün İnsan Hüquqları üzrə Müvəkkilin mətbuat xidmətinin yaydığı məlumatda Ombudsman Elmira Süleymanovanın “Qeyri-hökumət təşkilatları haqqında” qanuna əlavə və dəyişikliklərin müzakirəsinin dayandırılması ilə bağlı Milli Məclisə müraciət etdiyi və müzakirələrin dayandırıldığı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR