Bank Of Baku

YAP Yasamal rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı müşavirə keçirilib

YAP Yasamal rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı müşavirə keçirilib
# 23 iyun 2009 14:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında müşavirə keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşavirədə millət vəkilləri, YAP rəhbərliyi və partiyanın rayon təşkilatının fəalları iştirak edib. YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Fikrət İsmayılov çıxış edərək bələdiyyə seçkiləri ilə əlaqədar ilkin hazırlıq işlərinə başlandığını deyib. O, hazırda bələdiyyə üzvlüyünə namizədlərin müəyyənləşməsi istiqamətində iş aparıldığını, seçkilərlə bağlı rayon təşkilatının fəaliyyət planı hazırlandığını qeyd edib.

Müşavirədə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxış edərək partiyanın böyük seçki təcrübəsinin olduğunu vurğulayıb. O, bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələr haqqında tədbir iştirakçılarına məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR