Partiyalar yay tətilinə çıxacaqmı? - SORĞU
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı APA-ya bildirib ki, partiya qanunlar əsasında fəaliyyət göstərir və rəhbərlikdə çalışan şəxslər vaxtaşırı olaraq məzuniyyətə gedir: “Yəni məzuniyyət sistemi ilə iş görürük və hər kəs vaxtı çatanda məzuniyyətə gedir. Amma partiya hər hansı mövsümlə bağlı bütövlükdə tətil elan etmir. Yay fəslində hansı funksionerlərin növbəsi çatacaqsa, onlar məzuniyyətə gedəcəklər”.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə yay tətili ilə bağlı xüsusi bir proqramlarının olmadığını deyib: “Amma yay aylarında bir qədər yumşaq iş rejimi tətbiq olunub. Partiyanın bəzi nümayəndələri yay ərzində rayonlara, imkanı olanlar bağlara gedir. Amma xüsusi bir tətil elan olunmayacaq. Müsavat Partiyasında adətən tətil elan olunmur, yalnız bir qədər sərbəst iş rejimi olur”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, hazırda məzuniyyətdədir: “Mən qayıdandan sonra digər funksionerlər də yay tətilinə çıxacaqlar və bu, növbə ilə olacaq. Mənim fikrimcə, hər bir adamın istirahət hüququ var, o cümlədən siyasi partiyaların rəhbərlərinə də istirahət lazımdır. Digər tərəfdən insan nə qədər çox istirahət edirsə, bir o qədər də iş qabiliyyətini bərpa edə bilir. İstirahət etməyən adamın işinin keyfiyyətindən danışmaq olmaz. Ona görə də elə başa düşürəm ki, partiyaların rəhbərləri də istirahət etməlidirlər”.
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə isə bildirir ki, əslində Azərbaycandakı siyasi partiyalar 20 ildir ki, istirahətdədirlər: “Partiyalar o qədər də ağır iş rejimində işləmirlər. Digər tərəfdən isə şəxsən yadıma gəlmir ki, 1979-cu ildən bəri bir ay, yarım ay tətil götürüb istirahət edim. Pulum yox, imkanım yox ki, xaricə və yaxud hansısa istirahət düşərgəsinə gedim”. A. Əlizadə yay fəslini də paytaxtda keçirəcəyini qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də rəhbərlik etdiyi qurumun tətilə çıxmayacağını deyib: “Biz hamımız Bakıda olacağıq. Amma desəm ki, işlərimiz çox gərgindir, o da düzgün olmazdı. Ofisimiz olmadığına görə, çox gərgin ofis fəaliyyəti də yoxdur. Amma eyni zamanda istirahətlə, yay tətili ilə bağlı xüsusi planlarımız da yoxdur”.
Azərbaycan Milli İstiqlal Partiyasının katibi Əli Orucov rəhbərlikdə təmsil olunanların yalnız fərdi şəkildə məzuniyyətdə olacaqlarını deyib: “Amma rəhbərlik ümumi tətil elan etməyəcək. Çünki qarşıdan bələdiyyə seçkiləri gəlir və biz seçkilərdə fəal iştirak etmək fikrindəyik. Amma əvvəlki illərdə partiya istirahət tətili elan edib”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib ki, partiya rəhbərliyi iyul və avqust aylarında növbəli şəkildə istirahət edəcəklər: “İnsanlar il ərzində çalışırlarsa, onlara imkan vermək lazımdır ki, istirahət etsinlər. Düzdür, bizdə reqlamentləşdirilmiş iş saatları yoxdur. Yalnız aparatın müəyyən məhdud sayda işçiləri var ki, səhərdən axşama kimi qərargahda işləyirlər. Qalan vəzifəli şəxslər isə başqa yerlərdə çalışırlar. Onlar iş yerlərində məzuniyyətə çıxırsa, həmin müddətdə onu partiya işinə dəvət etməyimiz doğru olmaz. O baxımdan hazırda bəzi şəxslər məzuniyyətdədir və digərləri də növbə ilə məzuniyyətə gedəcəklər”.
Ümid Partiyasının Ali Məclisinin sədri Əvəz Ağayev qarşıdan bələdiyyə seçkilərinin gəldiyini əsas gətirərək tətilə çıxmayacaqlarını qeyd edib: “Partiyanın qarşısında mühüm məsələlər var və bunların ən vacibi bələdiyyə seçkilərinə hazırlıqdır. Hazırda seçkilərlə bağlı partiyada ciddi işlər görülür. Gələn ay rayonlara səfərlər olacaq, namizədlərlə görüşlər keçiriləcək. Ona görə də istirahət etmək fikrimiz yoxdur”.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
Naxçıvanda əhalinin sayı açıqlanıb
“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Kreml hazırda Ukrayna ilə danışıqlar prosesinin bərpası perspektivini görmür
Fedorov Sırskini sərt tənqid edib: Bu yanaşma ilə qələbə qazanmaq mümkün olmayacaq
Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub
Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarının dəniz komponentinə rəhbərlik edəcək
Dövlət Agentliyi Azərbaycan dənizçilərini müharibə zonalarından uzaq durmağa çağırıb
Ukraynanın yeni Baş naziri təyin edilib
“Azərpoçt” ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir
Zelenski: Sentyabrın 23-dək səfərbərlik problemi həll olunmalıdır
“AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb
Sibiqa: Türkiyə Zelenski-Putin görüşünə ev sahibliyi edə bilər
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb
Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
Rusiya XİN: Cənubi Qafqazda sülh və sabitlik bizim üçün vacibdir
Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb - YENİLƏNİB
"Birbank"la bütün suallara cavab almağın QISA YOLU VAR
Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub - YENİLƏNİB
AQTA: Gəncə və Samuxdakı kütləvi zəhərlənmələrin səbəbi evdə hazırlanan lavaşdır
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha iki neft tankerini vurub
Zərdabda 1,4 ton narkotik bitki məhv edilib
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
Hakan Fidan Qara dənizin təhlükəsizliyini təhdid edən hadisələrin narahatlıqları daha da artırdığını deyib
Azərbaycanda "yaşıl enerji" istehsalı artıb
İran ordusu regional infrastruktura hücumlarla bağlı xəbərdarlıq edib: Hörmüz boğazı “qırmızı xətt”imizdir
"Arzum 9999" ləqəbli tiktokerin şikayəti üzrə məhkəmə başlayır
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Əlcəzairdə internatda yanğın baş verib, 11 nəfər ölüb
Hakan Fidan Ukraynada Sibiqa ilə görüşüb
Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi "Baku Steel Company"nin dəstəyi ilə yenilənəcək
“Bir Pəncərə” Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı keçirilib
Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət edib
Altı ayda əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib
Müdafiə nazirinin vəzifədən uzaqlaşdırılması Kiyevdə etirazlara və istefalara səbəb olub
Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib
Hikmət Hacıyev Pakistan televiziyasına müsahibə verib: Şuşa Qlobal Media Forumu həm də intellektual dialoqdur - VİDEO
Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir
"Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq
Şəmkirdə kütləvi zəhərlənmə ilə bağlı restoranın fəaliyyəti dayandırılıb, araşdırma gedir- YENİLƏNİB - FOTO
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Küləyin sürəti 21 m/s-ə çatır - FAKTİKİ HAVA