Bank Of Baku

Azərbaycanda idmanın totalizatorlarla maliyyələşdirilməsi qanuniləşdirilir

Azərbaycanda idmanın totalizatorlarla maliyyələşdirilməsi qanuniləşdirilir
# 24 iyun 2009 10:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsinə idmanın lotereyalar və totalizatorlar vasitəsi ilə maliyyələşdirilməsini nəzərdə tutan yeni müddəa daxil edilib. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət məsələləri komitəsinin iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunarkən məlumat verilib.

Komitə sədri Hadı Rəcəbli bu il dövlət büdcəsindən idmana 9 milyon manat vəsait ayrıldığını, bu məbləğin yetərli olmadığını deyib. Onun sözlərinə görə, müvafiq qurumlarla aparılan müzakirələrin nəticəsi kimi qanun layihəsinə idmanın dövlət büdcəsi ilə yanaşı, idman oyunlarının keçirilməsindən, idman lotereyalarının və mərc-oyunların (totalizatorların) təşkil edilməsindən maliyyələşdirildiyinə dair müddəa əlavə edilib.

Müzakirələrdən sonra sənəd parlamentin növbədənkənar sessiyasının iyunun 30-da keçiriləcək iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR