Bank Of Baku

Prezident Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi Gəncədə zona müşavirəsi keçirib - FOTO

Prezident Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi Gəncədə zona müşavirəsi keçirib - <font color=red>FOTO</font>
# 24 iyun 2009 12:13 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Bu gün Prezident Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gəncədə qərb bölgəsi rayonlarının icra başçıları, polis rəisləri və digər dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə zona seminar-müşavirəsi keçirib. APA-nın Qərb bürosunun məlumatına görə, seminar-müşavirədə Prezident Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov, Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, o cümlədən Goranboy, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax rayonlarının icra hakimiyyəti başçıları da iştirak ediblər.

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən S. İsmayılov 2007-ci il ərzində Prezident Aparatına təkcə Gəncədən 2745 yazılı müraciətin daxil olduğunu, 2008-ci ildə isə bu rəqəmin 2380-ə endiyini bildirib. Bəzi rayonlarda isə ötən iki illə müqayisədə yazılı müraciət və şikayətlərin sayında artım müşahidə olunub. Məsələn, Qazaxda analoji rəqəmlər 426-dan 514-ə, Goranboyda 840-dan 1091-ə qalxıb. Şöbə müdiri regiondan edilən şikayətlərin əksəriyyətinin polis orqanları və məhkəmədən olduğunu bildirib. Təkcə Gəncədən edilən şikayətlərin 11 faizi məhkəmə orqanlarındandır. Şikayətlərin sayına görə ikinci yeri torpaq məsələləri tutur. Goranboy üzrə daha çox şikayətlər isə meliorasiya və təhsil sahəsinə aiddir.

Süleyman İsmayılov vətəndaşların müraciətlərini cavabsız saxladıqlarına görə yerli icra hakimiyyəti orqanlarına irad tutub: “Vətəndaşın bizə müraciət etməsi o deməkdir ki, o, prezidentə inanır, ondan məsələnin ədalətli həllini gözləyir. Siz isə öz soyuq münasibətinizlə o inama zərbə vurursunuz”. Şöbə müdiri toplantı iştirakçılarını belə hallara son qoymağa çağırıb. O, yerli icra orqanlarında vətəndaşların müraciətlərinin uçotunun düzgün aparılmamasının da narahatlıq doğurduğunu bildirib: “Yerli icra hakimiyyətlərinin mütəxəssisləri ərizəni şikayətdən, təklifi isə onların heç birindən fərqləndirə bilmirlər”. Süleyman İsmayılov sənədlərin arxivləşdirilməsi prosedurasında ciddi qüsurların olduğunu, arxiv sənədlərinə sonradan saxta sənədlərin əlavə edilməsi faktlarının mövcudluğunu diqqətə çatdırıb. Seminar-müşavirə ayrı-ayrı faktların müzakirəsi ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR