Bank Of Baku

Prezident Aparatına ən çox şikayət ərizəsi ilə müraciət edən şəxsin adı açıqlanıb

Prezident Aparatına ən çox şikayət ərizəsi ilə müraciət edən şəxsin adı açıqlanıb
# 24 iyun 2009 13:04 (UTC +04:00)
Samux. Cəmşid Bəxtiyar-APA. Bu gün Gəncədə zona seminar-müşavirəsi keçirən Prezident Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov son iki ilin ən aktiv şikayətçisinin adını açıqlayıb. APA-nın Qərb bürosunun məlumatına görə, bu şəxs Samux rayonundan Prezident Aparatına 200-dən çox şikayət məktubu ünvanlayan Əlövsət Abdullayevdir. Samux rayonunu müşavirədə təmsil edənlər onun bir həftə əvvəl dünyasını dəyişdiyini bildiriblər. Samux rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Rəfiqə Mahmudovanın sözlərinə görə, mərhum Ə. Abdullayev Gəncə sakini olub və Samux rayonunun Lək kəndində musiqi məktəbinin direktoru işləyib. Amma məktəb Mədəniyyət və Turizm Nazirliyinin razılığı olmadan yaradıldığına görə, burada işləyənlərə əməkhaqqı ödənilməyib. Ə. Abdullayevin nazirliyə şikayətlərindən sonra həmin məktəbin müəllim və şagird kollektivi Sərkar kəndindəki musiqi məktəbinə köçürülüb. Ə. Abdullayev bu köçürülməyə Sərkər Musiqi Məktəbində direktor vəzifəsinin ona verilməsi şərti ilə razı olub. Amma onun şərti qəbul edilməyib, Ə. Abdullayevin Prezident Aparatına intensiv şəkildə şikayət göndərməsinin səbəbi də bu olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR