Bank Of Baku

Nardaranda İsrail prezidentinin Azərbaycana səfərinə etiraz olaraq keçirilməsi nəzərdə tutulan mitinq baş tutmayıb

Nardaranda İsrail prezidentinin Azərbaycana səfərinə etiraz olaraq keçirilməsi nəzərdə tutulan mitinq baş tutmayıb
# 24 iyun 2009 13:05 (UTC +04:00)
APA-nın Nardaranda olan əməkdaşının məlumatına görə, qəsəbənin İmam Hüseyn meydanında texniki avadanlıqlar quraşdırılmasına və təkrar olaraq əhaliyə müraciət edilməsinə baxmayaraq meydana az sayda iştirakçı toplanıb. Belə olan halda təşkilatçılar aksiyanın mətbuat konfransı ilə əvəzləndiyini bildiriblər. Mətbuat konfransında çıxış edən Nardaran qəsəbəsi Ağsaqqallar Şurasının üzvü Məşədi Natiq Kərimov mitinqi təşkil edə bilmədiklərini deyib: “Nardaran kəndi öz mübarizliyi ilə həmişə seçilib. Yəqin ki, mitinqi təşkil edən zaman müəyyən səhvlərimiz olub. Ona görə də mitinqi təşkil edə bilməmişik”.
Mətbuat konfransında mitinqin qətnaməsi açıqlanıb. Qətnamədə İsrail prezidentinin Azərbaycana nəzərdə tutulan səfərinə, Milli Məclisdə “Dini etiqad və vicdan azadlığı haqqında” qanunun 21-ci maddəsinə təklif olunan dəyişikliyə, bəzi məscidlərin fəaliyyətinin dayandırılmasına etiraz bildirilib. Qətnamədə bütün bunlarla bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul edildiyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR