Bank Of Baku

ACP-nin yeni sədrini Ali Məclis seçəcək

ACP-nin yeni sədrini Ali Məclis seçəcək
# 24 iyun 2009 13:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Akif Şahbazov özündə cəsarət taparaq partiya sədrliyindən istefa verdisə, onun bu addımını alqışlayıram. Bu addımı çoxdan atmalıydı”. Bu sözləri APA-ya açıqlamasında ACP liderinin müşaviri Zəminə Dünyamalıyeva deyib. Z. Dünyamalıyeva A. Şahbazovun bu addımının onun üçün gözlənilməz olmadığını söyləyib: “Bu qədər haqq-hesabdan sonra istefa qərarı təəccüb doğura bilməz. Proseslərin məntiqi nəticəsi belə olmalı idi”.

Z. Dünyamalıyeva bildirib ki, partiya sədri öz üzərinə düşən vəzifələri həyata keçirməyib: “O, sədr seçildiyi gün nə etməyin lazım olduğunu müəyyənləşdirməli idi. Amma bunu müəyyənləşdirmədi və partiyanı gətirib bu vəziyyətə çıxardı”.

ACP sədrinin müavini Yaqub Abbasov isə siyasi fəaliyyətlə məşğul olmağın könüllülük prinsipinə əsaslandığını vurğulayıb: “Akif Şahbazov partiyanın yaranmasında aktiv fəaliyyət göstərib və yəqin bundan sonra da partiya fəaliyyətində iştirak edəcək. Ötən müddətdə biz siyasətimizi Rəsul Quliyevin Azərbaycana qayıdışı istiqamətində qurmuşduq. Amma bu gün bəlli olur ki, bu istiqamətdə aparılan siyasət, seçilən xətt özünü doğrultmayıb və nəticə verməyib. İndi bəzi şəxslər istəyir ki, partiyada radikal mövqe güclənsin. Amma mənim fikrimcə, buna ehtiyac yoxdur. Ali Məclisdə bu məsələ də müzakirə olunacaq. Yeni seçiləcək sədr öz siyasi kursunu açıqlamalıdır”. Y. Abbasovun sözlərinə görə, yeni sədr partiyanı qərargah, maliyyə mənbələri ilə təmin etmək və sərbəst qərar vermək bacarığına malik şəxs olmalıdır.

ACP Ali Məclisinin sədri Vaqif Mahmudov yeni sədr seçmək üçün qurultay keçirməyə ehtiyac olmadığını qeyd edib: “Partiyanın təsis qurultayında qəbul edilən Nizamnamədə göstərilib ki, partiya sədrinin seçilməsi Ali Məclisə həvalə olunur. Ona görə də yeni sədr Ali Məclisin növbəti iclasında seçiləcək”.

A. Şahbazov isə bundan sonrakı fəaliyyəti, partiyada qalıb-qalmayacağı ilə bağlı suallara cavab verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR