Bank Of Baku

Azərbaycan prezidenti bir sıra KİV-in dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb

Azərbaycan prezidenti bir sıra KİV-in dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb
# 25 iyun 2009 09:45 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti bir sıra kütləvi informasiya nəşrlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinə tapşırılıb ki, 2010-cu ildən başlayaraq dövlət büdcəsindən maliyyələşən qəzet və jurnalların dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində kütləvi informasiya vasitələrinə dövlət yardımı ilə bağlı nəzərdə tutulan vəsait hesabına maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görsün, qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan prezidentinə təqdim etsin, Nazirlər Kabineti və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bir ay müddətində bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin.

Fərmana əsasən, “Azərbaycan yazıçılarına dövlət qayğısının artırılması haqqında” prezidentin 1997-ci il 24 noyabr tarixli 643 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 425; 1999-cu il, № 12, maddə 694) qüvvədən düşmüş hesab edilir.

Azərbaycan Respublikasının Milli Məclisinə isə “Uşaq mətbuatının büdcədən maliyyələşdirilməsi haqqında” Milli Məclisin 1993-cü il 23 fevral tarixli 519 nömrəli Qərarının qüvvədən düşməsi məsələsinə baxılması tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR