Bank Of Baku

Azərbaycan Milli Məclisində parlament seçkilərinin təxirə salınması barədə təklif irəli sürülüb

Azərbaycan Milli Məclisində parlament seçkilərinin təxirə salınması barədə təklif irəli sürülüb
# 13 noyabr 2009 10:49 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) bugünkü iclasında deputat Aydın Həsənov bildirib: “Ötən gün maliyyə naziri parlamentdəki çıxışında dedi ki, gələn ilin dövlət büdcəsində parlament seçkilərinin keçirilməsi üçün 50 milyon manat nəzərdə tutulub. Biz ailəmizi saxlamağa manat gəzirik. Dünyada böhran getdiyi dövrdə seçkiyə bu qədər vəsait ayrılmasına nə ehtiyac var? Seçkini izləmək üçün xaricdən minlərlə şəxs gələcək. Onları qəbul edib saxlamaq da əlavə xərcdir. Hərəsi də gedib barəmizdə bir söz deyəcək”.

A. Həsənov ölkədə Konstitusiyaya dəyişiklik edildiyini xatırladaq deyib ki, Qarabağ problemi həll olunana qədər seçkilər təxirə salınmalı, seçkilərə sərf olunacaq vəsait lazımı sahələrə xərclənməlidir: “Parlamentə seçilən millət vəkilləri xalqın layiqli övladlarıdır, o cümlədən mən də...”

Millət vəkilinin çıxışı zalda alqışlarla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR