Bank Of Baku

Milli Məclisdə millət vəkili ilə nazir müavini arasında qalmaqal baş verib

Milli Məclisdə millət vəkili ilə nazir müavini arasında qalmaqal baş verib
# 13 noyabr 2009 14:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Milli Məclisin (MM) bu gün keçirilən iclasında millət vəkili Pənah Hüseynlə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov arasında qalmaqal yaranıb. APA-nın xəbərinə görə, Pənah Hüseyn çıxışında əhaliyə verilən ünvanlı sosial yardımların mənimsənildiyini deyib. İlqar Rəhimov isə cavabında bunun doğru olmadığını söyləyərək, Pənah Hüseynin qərəzli mövqe tutduğunu, onlara böhtan atdığını bildirib.

Bundan sonra deputatla nazir müavini arasında mübahisə yaranıb. P. Hüseyn yerindən qalxaraq İlqar Rəhimovu və onun təmsil etdiyi nazirliyi vətəndaşların pulunu mənimsəməkdə ittiham edib. Deputat nazirliyi məhkəməyə verəcəyini də bildirib.

MM sədri Oqtay Əsədov mübahisəni sakitləşdirməyə çalışıb və tərəflərdən iclası bazara çevirməməyi xahiş edib. Spiker P. Hüseynə belə alovlu çıxışı məhkəmədə etməyi məsləhət görüb.

Qeyd edək ki, İlqar Rəhimov mübahisədən sonra iclası tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR