Bank Of Baku

İcra başçıları və DSK sədrləri üçün sessiya keçiriləcək

İcra başçıları və DSK sədrləri üçün sessiya keçiriləcək
# 14 noyabr 2009 08:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Bakı ofisi Azərbaycan Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyası ilə birlikdə bu il noyabrın 16-dan 18-nə kimi Azərbaycanın üç şəhərində - Bakı, Şirvan və Gəncədə seçkilərə müdaxilə etməməklə bağlı informasiya sessiyaları keçirəcək.

APA-nın ATƏT-in saytına istinadən xəbərinə görə, sessiyalar Azərbaycan Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq şəraitində 69 regional icra hakimiyyətinin başçıları və 111 Dairə Seçki Komissiyasının rəhbərləri üçün təşkil olunacaq.

Sessiya çərçivəsində iştirakçılar Seçki Məcəlləsinin tələbləri, ATƏT-in öhdəliklərində demokratik seçkilərə müdaxilə sayılan praktik nümunələrlə tanış olacaqlar. Həmçinin azad və ədalətli seçkilərin əsas prinsipləri, seçki komissiyalarının bu prosesdə, xüsusən bələdiyyə seçkilərinin keçirilməsində rolu məsələlərinə toxunulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR