Əli bəy Hüseynzadənin qızı: “Atamı sadəcə Atatürk və Ağaoğlu öləndə ağlayan görmüşəm” - MÜSAHİBƏ
- Atanız 1910-cu ildə Azərbaycanı tərk etməsinin səbəbləri barədə danışırdımı?
- Heç özəl həyatından danışmazdı.
- İstanbuldan Bakıya böyük bir fəlsəfi düşüncə kapitalı ilə qayıtmışdı. Nəşr etdiyi mətbu orqanlarındakı fikirlərini həyata tətbiq sahəsi tapa bilmirdi.
- Təəssüf ki...
- Bakı həyatı barədə sizə nə danışırdı?
- Uzun müddət Azərbaycanla əlaqə saxlaya bilmirdi. Mən uşaq olanda Azərbaycandan Sadıq paşa gəlmişdi. O vaxt uşaq olsam da, onu xatırlayıram. Atam da, mən də onu çox sevirdik. Sonra təxminən 1940-cı ilin əvvəlində Əziz Aksu gəldi. Ordan gələnlərdən mən sadəcə bunları tanıyırdım. Ancaq təbii ki, İstanbula Azərbaycandan gələnlərlə çox yaxın münasibətim vardı. Ağaoğlularla, Baba bəyin ailəsi ilə çox yaxın dostluğumuz oldu. Atam onlarla tez-tez görüşürdü. Atamın universitetdəki işinə görə də onlar bizimlə yaxın idilər. Dostlarımız bizə gələndə atam yazdığı yeni kitab və məqalələr barədə onlara məlumat verər, şeirlərini oxuyardı. Hətta uşaq olmağıma baxmayaraq, mənə “necədir, bəyəndinmi?” - deyər, bu da mənim çox xoşuma gələrdi. Həyatımız belə keçirdi. Atam çox sakit adam idi. Mən onun əsəbiləşdiyini heç vaxt görmədim. O, həmişə xoş təbiətli olub, ancaq daim mütaliə edən bir adam idi. Boş vaxtlarında bağçamızda işləyirdi, mən də onun yanında durub çiçəklərə heyranlıqla baxardım. Çiçəkləri sevdiyimə və həyatda mənə bu qədər şey öyrətdiyinə görə ona çox təşəkkür borcum var. Atam heç vaxt bizi yönləndimədi. Bizə bu və ya başqa işi görün, təhsiliniz bu istiqamətdə olsun” - demədi. Bizi çox sərbəst buraxdı. 1940-cı ildə atamı çox yaxşı anlamağa başladığım vaxtda onu itirdik. Ancaq bu gün görürəm ki, əsərləri ilə yaşayır. Sizin kimi gənclərin onu öyrənməsi məni çox məmnun edir.
- Ağaoğlularla münasibəti necə idi? Siz professor Əhməd Ağaoğlunu xatırlayırsınızmı?
- Təbii ki. Sürəyya abla, Tezer abla ilə tez-tez görüşərdik. Onlar liseyə gedəndə Süleymaniyyədə bizim evimizdə qalmışdılar. Təxminən 2 il. Mən onların da sayəsində xoşbəxt bir uşaqlıq keçirdiyimə inanıram. Hələ də onların nəvələri ilə görüşürəm. Məsələn, Tezer ablanın nəvəsi Sona ilə.
- Atanız 1926-cı ildə Bakıya getmişdi.
- Bəli, xatırlayıram onu. Mən 5 yaşında idim. Çox səfərə gedərdi. İsveçə, Almaniyaya getdiyini xatırlayıram. Universitetdən təqaüdə çıxdıqdan sonra Atatürkün tapşırığı ilə türk dili üzərində araşdırmalar aparırdılar. Həyatının sonuna doğru dil məsələləri ilə məşğul idi.
- Ağaoğlu ilə şəxsi dostluğu barədə nələri xatırlayırsınız?
- Atamı ağlayarkən heç görmədim. İki dəfə - birincisi Atatürk öləndə, ikincisi isə Əhməd Ağaoğlu öləndə onun ağladığını gördüm. Atam çox üzülmüşdü hər ikisinin ölümünə.
- 1926-cı ildə Atatürkə İzmir sui-qəsdi təşəbbüsündə atanızın da adı hallanmışdı. Ancaq sonradan atanızın o işlə heç bir əlaqəsi olmadığı meydana çıxmışdı. O suçlama ilə bağlı heç atanızın Atatürkə qarşı qəlbi sınıq oldumu?
- Yox, yox. Qətiyyən. Atam ürəkdən atatürkçü idi. Onu çox sevərdi. Ömrünün axırına yaxın İstanbulda Atatürkün tapşırığı ilə dil məsələləri üzərində çalışdı və onunla bir neçə dəfə görüşdü. Heç bir şəkildə Atatürkə qarşı qəlbi sınıq olmadı.
- Atanızın Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 1926-cı ildə çıxan “Azərbaycan Cümhuriyyəti” kitabına yazdığı mükəmməl bir ön söz var. Siz heç Rəsulzadəni gördünüzmü?
- Yox, mən görmədim Rəsulzadəni. Həyatının axırına yaxın atam ədəbi yaradıcılığa çox vaxt ayırırdı. Atatürkün ölümünə həsr etdiyi şeir çox təsirlidir. Əli Heydər Bayatın kitabında da o şeir var. Son gününə qədər türk dili mövzusunda çalışdı və şeirlər yazdı. Atam heç xəstə yatmadı... (Gözləri dolur.) Son gününə qədər ayaq üstdə idi. Təəssüf ki, ölüm onu qəfildən yaxaladı. Ancaq bu gün atamın öz əsərləri ilə yaşaması məni çox məmnun edir. Mən hələ də onun öldüyünə inanmıram.
- Bir az da qardaşınız Səlim bəy barədə danışaq. Səlim bəy 1947-ci ildə Parisə gedib. Onun rəssam olmasında mükəmməl tablolar çəkən atanızın təsiri olubmu?
- Yox, Səlim özü rəssamlığı seçdi. Mən də, böyük bacım da, Səlim də öz yolumuzu seçmişik. Atam bizi hər hansı peşəyə doğru istiqamətləndirmədi. Evimizdə şeirlər və romanlar oxunurdu. Biz sənət və ədəbiyyat mühitində böyüdük. Bizim uşaqlığımız çox rahat keçdi. Atam heç vaxt bizə təzyiq göstərmədi. Atamı itirəndə mən Rəssamlıq Akademiyasında təhsil almağa gedirdim. Biz onunla həyat məsələlərini çox yüksək səviyyədə müzakirə etməyə başlayanda təəssüf ki, onu itirdik... (Gözləri dolur.) Qəfil infarkt keçirdi və sanki bir anda yanan şam söndü. Mən onun ölümünü gördüm. Doktora xəbər verdim. Ancaq onu xilas etmək mümkün olmadı. Mum necə sönürsə, atam da eləcə getdi. Ölümü çox sakit və səssiz qarşıladı.
- Hər halda, Atatürk və Ağaoğlunun ölümləri onda dərin təsirlər qoyubmuş. Çünki Atatürk 1938-də, Ağaoğlu 1939-da, atanız isə 1940-cı ildə vəfat edib.
- Bəhs etdiyiniz o ölümlərə çox üzülmüşdü.
- Sonradan Səməd Ağaoğlu nazir oldu. Sizin dostluğunuz davam etdimi?
- Həmişə davam etdi və indi mən onlarla tez-tez görüşürəm. Onlar bizim çox yaxın dostlarımızdır.
- Nazir olanda Səməd bəy türk dünyasından gələnlərlə bağlı mühüm işlər görüb.
- Tamamilə doğrudur. Onlar çox əsil-nəcabətli adamlardır. Bizi heç vaxt tək buraxmadılar. Dostluğumuz daimi oldu. Onların nəvələr mənə “abla” deyirlər. Bizim onlarla dostluğumuz ürəyimizin dərinliyindən gəlir.
- Qardaşınız Səlim bəyin tabloları hal-hazırda Türkiyədə və Fransada baha qiymətə satılır.
- Elədir.
- İstanbul Universitetinə də xeyli tablo bağışlayıb. Siz Səlim bəyi 80-ci illərin əvvəlində Türkiyəyə gətirən qalereyaçı Yahşi Barazı tanıyırsınızmı?
- Təbii ki, tanıyıram. O, bizim evə gəlib-gedərdi.
- Səlim bəyin ailəsinə də qoyub getdiyi tablolar varmı?
- Var. Həyat yoldaşı yaşayır.
- Atanız Bakıda çəkdiyi tablolardan İstanbula gətirmişdimi?
- Məndə olan tabloları burda çəkib. Atatürklə Lətifə xanım bizə gələndə atam rəngli qələmlərlə onların birgə portretini çəkib.
- Səlim Türkiyəyə Qərbdən avanqardı gətirmiş ilk rəssamdır. Səlim bəydən əvvəl Avropaya gedənlər Türkiyəyə modernizmi gətirməyə cəsarət etməyiblər. Ancaq buna baxmayaraq, Səlim bəyin Türkiyə vətəndaşlığından çıxarılması və uzun müddət Türkiyəyə gələ bilməməsindən xəbərimiz var. Bu barədə bir söz demək istərdinizmi?
- Bəli, Səlim bir müddət vətəndaşlıqdan məhrum edildi. Səlimdə astma xəstəliyi vardı, ona görə də əsgərliyə gedə bilməzdi. Həkimdən arayışı olmasına baxmayaraq, onu vətəndaşlıqdan çıxardılar. Uzun müddət Fransada qaldıqdan sonra prezident Fəxri Korutürk Səlimin Türkiyə vətəndaşlığını bərpa etdi. Ondan sonra Səlim İstanbula gəlib mənim yanımda qaldı. Lakin o, Parisdə vəfat etdi...
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
ABŞ Dövlət Departamenti Ukraynaya 2,68 milyard dollarlıq HHM sistemləri və sursat satışını təsdiqləyib
Heqset: ABŞ-İran müharibəsində itkilərlə bağlı məlumatların azaldılması barədə iddialar tamamilə yalandır
ABŞ-ın rəqibləri Qrenlandiyada hərbi baza yerləşdirə bilməyəcək
Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı razılaşdığını açıqlayıb
Tramp Rusiyaya qarşı sərt sanksiyalar haqqında qanun layihəsini imzalayıb
KİV: İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur
Rusiyanın Sumı vilayətində hündürmərtəbəli binanı vurması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb
Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb