Bank Of Baku

Əli Həsənov: “Azərbaycanda hər il xuliqanlıq maddəsi üzrə yüzlərlə məhkəmə hökmü çıxarılır, niyə yalnız bu iki gəncin həbsinə münasibət bildirilir?”

Əli Həsənov: “Azərbaycanda hər il xuliqanlıq maddəsi üzrə yüzlərlə məhkəmə hökmü çıxarılır, niyə yalnız bu iki gəncin həbsinə münasibət bildirilir?”
# 16 noyabr 2009 09:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Azərbaycan cəmiyyəti sözün həqiqi mənasında o səviyyəyə gəlib çatıb ki, burada bir hakimiyyətin digərinin səlahiyyətinə qarışması, müdaxilə etməsi yolverilməzdir. Azərbaycan Avropa hüquq məkanına daxil olmuş dövlətdir və Azərbaycan məhkəmələrini qərarları ilə razılaşmayan vətəndaşlar İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilər”. APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov gənc bloqqerlərlə bağlı məhkəmə qərarına münasibət bildirərkən deyib. İcra hakimiyyəti orqanlarının məhkəmələrin işinə qarışmaq səlahiyyətində olmadığını bildirən Ə. Həsənovun sözlərinə görə, beynəlxalq təşkilatların bu məsələ ətrafında həyata keçirdiyi müxtəlif etiraz aksiyaları, Azərbaycanın daxili və xaricində bu məsələnin müzakirəyə çıxarılmasında müəyyən qədər qərəz var: “Azərbaycanda hər il xuliqanlıq maddəsi üzrə onlarla, yüzlərlə bu tipli məhkəmə hökmləri çıxarılır. Nəyə görə onların heç birinə reaksiya verilmədiyi halda, məhz bu iki gəncin həbsinə belə münasibət bildirilir? Əlbəttə onlar deyə bilər ki, bu iki gənc bloggerdir, onlar daha çox intellektlidir, Qərbə daha çox yaxındır. Amma Azərbaycan qanunlarında və Azərbaycan Cinayət Məcəlləsində belə təsnifat yoxdur ki, kim daha çox intellektlidir ona daha az iş verilsin, kim daha çox Qərbə və yaxud hansısa ölkəyə yaxındır ona az iş verilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR